BƏƏ silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib.

Bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Qeyd olunub  ki, BƏƏ bütün ərazilərdə Suriyanın sabitliyi və suverenliyinin qorunub saxlanmasını, həmçinin ölkədə sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir.

İstinadlar Report