İsrailin missiya rəhbəri Eytan Naenin səfər etdiyi Əbu-Dabidə yəhudi dövlətinin səfirliyi açılıb.

Bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“İsrailin Əbu-Dabidə səfirliyi bu gün diplomatik nümayəndəliyin nümayəndəsi Eytan Naenin ölkəyə gəlişi ilə rəsmi olaraq açıldı”, – xəbərdə deyilir.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Kabineti ölkənin Təl-Əvivdə səfirliyinin açılmasına icazə verib.

İstinadlar Report