BƏƏ-nin Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzi ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə “Artemis” proqramı çərçivəsində əmirlikdən olan astronavtın Aya uçması ilə bağlı müzakirələr aparır.

“Danışıqlar gedirmi? Cavab “hə”dir. Biz hələlik açıqlama verməyə hazır deyilik. Mən bunu BƏƏ Kosmik Mərkəzinin ixtiyarına buraxıram”, – B.Nelson nəşrin sualını cavablandırarkən deyib.

“The National” yazır ki, “Artemis” missiyası çərçivəsində bu günə qədər yalnız ABŞ və Kanada astronavtlarının Aya uçmasına icazə verilib.

İstinadlar Report