
Birləşmiş Ərəb Əmirlikləri İrandan Fars körfəzindəki Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir.
Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında ümumi siyasi debatda çıxışı zamanı BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi deyib.
“Bu tribunadan BƏƏ bir daha İrandan əmirliyin 3 adası Böyük Tomb, Kiçik Tomb və Əbu Musanın işğalına son qoymasını tələb edir. Bu problem nə qədər davam etsə də, bu adalara olan qanuni hüququmuz mövcud olmağa davam edəcək və zaman bizim onların üzərindəki suverenliyimizi ləğv etməyəcək”, – o deyib.
BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri qeyd edib ki, Əbu-Dabi bu problemi ya Tehranla birbaşa danışıqlar, ya da Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həll edəcək.