Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya istehsalı olan “Sputnik V” koronavirus peyvəndinin istifadəsini təsdiqləyib. 

Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RDİF) məlumat yayıb.

“”Sputnik V” peyvəndi BƏƏ-də Rusiyada 33 mindən çox insanın iştirak etdiyi III mərhələ klinik sınaqların nəticələrinə əsasən, sürətləndirilmiş prosedurun bir hissəsi kimi qeydiyyata alınıb”, – deyə RDIF bildirib. 

RDIF rəhbəri Kirill Dmitriyev “BƏƏ Rusiyanın Yaxın Şərqdəki əsas tərəfdaşlarından biridir. “Sputnik V”nin BƏƏ-nin milli peyvənd portfelinə daxil edilməsi qərarı əhalinin qorunmasında mühüm addımdır”,- deyə bildirib.

Peyvənd daha öncə Belarus, Argentina, Macarıstan, Boliviya, Serbiya, Əl-Cəzirə, Fələstin, Venesuela, Paraqvay və Türkmənistanda oxşar təcili istifadə icazəsi ilə qeydə alınıb.

Vaksin BƏƏ-yə RDIF-in Hindistan, Çin, Cənubi Koreya və digər ölkələrdəki beynəlxalq tərəfdaşları tərəfindən təmin ediləcək.

İstinadlar Qafqazinfo