
Eramızın VI əsrinə aid xarabalıqlar BƏƏ-də Əl-Sinniya adasında aparılan qazıntılar zamanı aşkar edilib. Elm adamları vəba epidemiyası səbəbindən tərk edilmiş Tuam şəhərini tapdıqlarına inanırlar.
Bu barədə “Arkeonews” məlumat yayıb.
Tuam ərəb əlyazmalarında balıq və mirvari istehsalı üçün mühüm mərkəz kimi qeyd olunub. Sakinlər vəba və regional münaqişədən sonra şəhəri tərk ediblər.