
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.
Müraciətdə deyilir:
“Həftəsonu əhalinin təsərrüfat, yaxud istirahət məqsədilə hərəkətliliyinin artması avtomobil yollarında nəqliyyatın intensivliyinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Bununla bağlı yerli və respublika əhəmiyyətli avtomobil yollarında təhlükəsizlik tədbirlər gücləndirilsə də, sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən bəzən həftəsonları ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq.