Bakı Dövlət Universitetinin birinci kurs tələbəsini öldürməkdə şübhəli bilinən 18 yaşlı Amil Adıgözəlovun fotosu yayılıb.

Hadisə fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisində baş verib.
Sabirabad rayon sakini Amil Adıgözəlov mərhum Rəşad Fətullayevin qonşuluğunda anas ilə birgə kirayədə yaşayıb. Qonşular onun tüfeyli həyat tərzi sürdüyünü və kriminal aləm üzvlərinə simpatiyası ilə fərqləndiyini bildiriblər.
R.Fətullayev atasına məxsus mağazanın qarşısında olarkən həmyaşıdı olan qonşusu Amil ondan pul istəyib, lakin Rəşad ona pul verməkdən imtina edib. Bu səbəblə başlayan mübahisənin sonunda Amil Rəşada bir neçə bıçaq zərbəsi vuraraq ğldürüb.

R.Fətullayev BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi imiş.


İstinadlar Qafqazinfo