Filippinin sabiq prezidenti Rodriqo Duterte paytaxt Manilada həbs olunub.

Bu barədə “The New York Times” bildirib.

“Filippin keçmiş prezidenti Rodriqo Duterte çərşənbə axşamı Manilada həbs edildi”, – qəzet qeyd edib. Bildirilib ki, bu, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun narkotiklərə qarşı müharibəsində insanlığa qarşı cinayətlərdə ittiham edən order verməsindən sonra baş verib. Sözügedən savaşda on minlərlə filippinlinin məhkəməsiz edam edildiyi deyilir.

O, Honkonqa səfərdən qayıtdıqdan sonra Manila hava limanında saxlanılıb.

İstinadlar Report