Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda ötən gün baş verən terror aktını BBC telekanalı canlı olaraq yayımlayıb.

Azərbaycan 24 xəbər verir ki, olayın maraqlı tərəfi hələ rəsmi açıqlama yayılmadan öncə həmin kanalın hücumda 13 nəfərin həlak olduğunu bildirməsi olub.
Bundan əlavə, ABŞ, Fransa və Belçikada baş verən bənzər hücumlara etinasız yanaşan BBC-nin Türkiyədəki teraktı dərhal canlı yayımlaması da diqqətlərdən yayınmayıb.
Xatırladaq ki, “Vodafon Arena” yaxınlığında baş verən terror hücumunda 30-u polis olmaqla, 38 nəfər həlak olub.