İctimai fəal Bayram Məmmədovun Türkiyədə meyiti tapılıb.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Belə ki, dostları son 2 gün ərzində Bayramla əlaqə saxlaya, ondan məlumat ala bilməyiblər. Dünən isə İstanbul polisi dənizdən Bayram Məmmədovun cəsədinin tapıldığını bildirib.

Onun ölüm səbəbi açıqlanmayıb.