Bayraktarla pilot arasında maraqlı dialoq – Video

Xəbər verdiyimiz kimi, Bakıda “TEKNOFEST Azərbaycan” festivalına son hazırlıq işləri aparılır.
Orada “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla pilot arasında maraqlı dialoq yaşanıb.
Bayraktar pilota uçuşları barədə sual verib. Pilot onun sualına ətraflı cavab verib.
Pilot, həmçinin Azərbaycanın çox gözəl olduğunu qeyd edib.
Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb – VİDEO

Moskva və bütün Rusiyanın patriarxı Kirill (Vladimir Qundayev) iyunun 25-də Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb.
Bu barədə Rusiya KİV-i məlumat və videomaterial yayıb.
Bildirilib ki, mühafizəçiləri, protokol xidməti və onun yanında duranlar Kirillin yıxılmasının qarşısını ala bilməyib. Məlumata görə, patriarxın yıxılmasına səbəb koronavirusdur. Pandemiya ilə əlaqədar Kirill ona yaxınlaşmağı qadağan edib.
“Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirildi – Video

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsi tərəfindən SOCAR “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt şəhərində yerləşən “Etilen-Polietilen” zavodunda “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd şəxsi heyətin yüksək saylı çağırışlar üzrə yanğınların söndürülməsi və təxliyə-xilasetmənin təşkili bacarıqlarının daha da artırılması, belə çağırışlar zamanı əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə Sumqayıt şəhərinin Yanğından Mühafizə hissə və bölmələrinin qüvvələri cəlb olunub.
Təlim zamanı yüksək saylı çağırışla “hadisə yerinə” operativ çatan yanğınsöndürmə qüvvələri qaz anbarının ətrafında “zəhərlənmiş” və “xəsarət almış” işçi personalı xüsusi xilasetmə vasitələrindən istifadə etməklə “xilas edib”, qaz tutumunda şərti baş vermiş yanğını qısa müddətdə “söndürüb” və qonşu tutumları soyudaraq “təhlükənin” qarşısını alıblar.
Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Hindistanlı turistin axtarışlarına xüsusi təlim keçmiş itlər cəlb olunub – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonunda itkin düşmüş Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışlarına xüsusi təlim keçmiş itləri cəlb edib.
Bu barədə FHN-dən məlumat verilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.
Gürcüstandan Bakıya silsilə oğurluq üçün gəldi – Video

Bakıda mənzillərdən silsilə oğurluqlar edən Gürcüstan vətəndaşı saxlanılıb.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, araşdırmalar nəticəsində şəxsin Gürcüstan vətəndaşı Paata Grineviç olduğu məlum olub. O, ifadəsi zamanı Bakıya məhz oğurluq məqsədi ilə gəldiyini bildirib.
Onun paytaxtın Nərimanov və Nizami rayonlarında yerləşən mənzillərdən silsilə oğurluqlar etdiyi müəyyən edilib. Şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.
Paata Grineviç əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.
“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır – Video

“Netflix” Azərbaycanın paytaxtında film çəkib.
Bu barədə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov feysbukda bildirib.
Onun sözlərinə görə, “Neftlix”lə əməkdaşlıq çərçivəsində Bakıda Russo qardaşlarının “The Gray Man” (Boz insan-red.) filminin çəkilişləri baş tutub. Ekran işində baş rolları Hollivud superulduzları Rayan Qoslinq və Kris Evans canlandırıblar.
R. Həsənov qeyd edir ki, film qəhrəmanlarından biri azərbaycanlıdır, lakin süjetin təfərrüatını açıqlamır. Filmin treylerində “Alov qüllələri”ni, hənçinin Praqanın Vitkov parkındakı çəkilmiş səhnələrin birində Azərbaycan bayraqlarını görmək mümkündür.
Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını deyib.
Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.
Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.
“Elman Hüseynzadə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.
Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını deyib.
Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.
Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.
“Elman Hüseynzadə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.
Qaradağda 5 hektar qamışlıq yandı – Video

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yanğın baş verib.
Bununla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının açıq ərazidəki qamışlıq sahədə baş verdiyi və güclü külək səbəbindən hər an yaxınlıqdakı kommunikasiya xətlərinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən güclü küləyin yaratdığı maneəyə baxmayaraq görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək bilavasitə yaxınlıqda yerləşən kommunikasiya xətlərinə, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri və neft sənayesi obyektlərinə ziyan vurmasına imkan verilməyib. Yanğın nəticəsində təxminən 5 hektar sahədə qamışlıq yanıb.
Xivədə Prezidentin marağına səbəb olan papaq… – Video

Xəbər verdiyimiz kimi, Xivə şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.
Qəbulda konsert proqramı təqdim olunub, dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.
Söhbət zamanı incəsənət ustalarından birinin papağı Azərbaycan Prezidentinin diqqətini çəkib:
“Bu papaqlardan bizdə də var. Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır. Biz bu papağa Buxara papaq deyirik”.
Media reyestr sistemi layihəsi Nazirlər Kabinetinə təqdim edildi – Video

“Media haqqında” qanunda Azərbaycanda Media Reyestri yaradılması da öz əksini tapıb. Jurnalistlərin könüllü əsasla düşəcəyi reyestr sisteminin yaradılması isə Medianın İnkişaf Agentliyinə (MEDİA) həvalə olunub.
MEDİA-nın şöbə müdiri Səidə Şəfiyeva bu istiqamətdə görüləcək işlərlə bağlı danışıb.
O bildirib ki, fərmandan irəli gələrək Nazirlər Kabineti 2022-ci ilin 24 fevral tarixində sərəncam imzalayıb:
“Həmin sərəncamla Medianın İnkişaf Agentliyinə Media Reyestri yaradılması qaydalarının aparılması qaydalarının layihəsini, həm də jurnalist vəsiqəsinin və media reyestri şəhadətnaməsi formasının hazırlanması ilə bağlı tapşırıq verilib.
Müvafiq tapşırıq qurum tərəfindən icra olunub və qeyd olunan layihələr aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib”.
Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlim başa çatıb – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə tək və taktiki qrup şəklində döyüş tapşırıqları yerinə yetirilib, şərti düşmənin hava və dəniz hədəfləri məhv edilib, sualtı diversiyaya qarşı qumbaraatma fəaliyyəti, eləcə də döyüş atışları icra olunub.
Taktiki təlim zamanı Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə HDQ-nin bölmələri tərəfindən neft-qaz boru kəmərləri rayonlarında patrulaparma fəaliyyətləri, həmçinin qəzaya uğrayan gəminin təxliyyəsi üzrə epizodlar da məşq etdirilib.
Sonda ümumi fəaliyyətlər təhlil edilib, qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd olunub.
Qeyd edək ki, müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.
Özünü damdan atmaq istəyərkən xilas edildi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında ötən sutka 78 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən verilən məlumata görə, təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən “Mərdəkan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər və Gəncə şəhərində doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyən 1 nəfər xilas edilib.
Bakıda məşhur restoranın hasarı bu görüntüyə görə söküldü – Video

Sosial şəbəkələrdə Bakının Nizami rayonunda yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınmasının görüntüləri yayılıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.
Bakıda qəbiristanlığı qazıb 16 kq narkotik gizlətdilər – Video

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb.
Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbirstanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar olunub.
Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Zakir Həsənov Kəlbəcər və Laçında – Video

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, məruzə olunub ki, azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də digər infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.
Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib. Bildirilib ki, iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək məqsədilə müasir tələblər nəzərə alınaraq inşa edilən anbarlar vasitəsilə bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin ediləcək.
Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Azərbaycan qırıcıları təlimlərdə iştirak etmək üçün Türkiyədədir – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə gəlib.
Təlimə hazırlıqla bağlı yoxlama uçuşları keçirilib.
Məlumata görə, təlimdə Azərbaycanı Su-25 və MiQ-29 qırıcı təyyarələri təmsil edəcək.
Bildirilib ki, təlimdə Türkiyə və Azərbaycan hərbçiləri ilə yanaşı Böyük Britaniya, İordaniya və Pakistanın hərbi qulluqçuları iştirak edəcək.
Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.
Qeyd edək ki, hərbi təlimlər iyunun 20-dən iyulun 1-dək davam edəcək.
Həmçinin baxın
Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb – VİDEO
Hindistanlı turistin axtarışlarına xüsusi təlim keçmiş itlər cəlb olunub – VİDEO
Media reyestr sistemi layihəsi Nazirlər Kabinetinə təqdim edildi – Video
Azərbaycan qırıcıları təlimlərdə iştirak etmək üçün Türkiyədədir – VİDEO
Azərbaycan Ordusunda döyüş atışlı intensiv taktiki təlimlər başlayıb – VİDEO
Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün layihə təşkil olundu – Fotolar + Video
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla