Türkiyə artıq 2025-ci ildə “Akkuyu” atom elektrik stansiyasından (AES) elektrik enerjisi almağa başlayacağına ümid edir.

Bu barədə İstanbulda Atlantik Şurasının təşkil etdiyi energetika konfransında çıxış edən Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

“Hazırda ilk nüvə reaktorlarımızın tikintisi davam edir. Mersində “Akkuyu” AES-in 4 nüvə reaktoru eyni vaxtda tikilir. Mersindəki nüvə tikinti sahəsi dünyanda AES tikintisi üzrə ən böyük sahədir. Birinci reactor üzrə irəliləyiş artıq 90 %-i keçib. Ümid edirəm ki, artıq 2025-ci ildə orada ilk elektrik enerjisini istehsal etməyə başlayacağıq. 2028-ci ilə qədər qalan üç reaktorun da istifadəyə verilməsi ilə Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini təkcə bu AES ilə ödəyəcəyik”, – nazir deyib.

Bayraktar vurğulayıb ki, “Akkuyu” AES Türkiyənin enerji strategiyasının inkişafı kontekstində hədəf aldığı tək nüvə layihəsi deyil.

İstinadlar Report