Səbail rayonu, Bayıl yamacında baş verən sürüşmə zamanı zərər dəyən 6 evin sahibinə veriləcək kompensasiya müəyyən edilib.

Səbail Rayon icra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov bildirib ki, bununla bağlı baş nazir Artur Rasizadə tərəfindən sərəncam imzalanıb:

“Həmin ərazidə əşyaları ilə birgə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşən ümumi sahəsi 306 kvadrat metr olan 4 evin, bir hissəsi dağılaraq yararsız vəziyyətə düşən ümumi sahəsi 182 kvadratmetr olan 2 evin sahibinə evin 1 kv/m üçün 700 manat, ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım edilməsi qərara alınıb. Vəsait 3 gün müddətinə ailə başçılarının adına açılan bank hesabına köçürülməsi və bundan sonra həmin evlərin sökülməsi Səbail Rayon İcra Hakimiyyətinə həvalə olunub”.

İstinadlar Qafqazinfo