ABŞ Prezidenti Cozef Baydenin fransalı həmkarı Emmanuel Makronla birlikdə 36 saat ərzində Livanın “Hizbullah” təşkilatı ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir.

Fransanın Prezident Administrasiyasındakı mənbə bildirib ki, Livanda atəşkəslə bağlı müzakirələr əhəmiyyətli irəliləyiş əldə edib.

“Biz amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər fürsətdən ən qısa zamanda yararlanacaqlar”, – açıqlamada deyilir.

İstinadlar Report