ABŞ Prezidenti Co Bayden və Fransa lideri Emmanuel Makron Rusiya Ukraynanın Kremençuk şəhərinin ticarət mərkəzinə raket hücumunu pisləyiblər.

Bayden bildirib ki, Rusiya hücuma görə məsuliyyət daşımalıdır. O, Ukraynaya dəstəyini ifadə edib. Dövlət başçısı qeyd edib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyanı bu cür “vəhşiliklərə görə məsuliyyətə cəlb olunmasına” və “Ukraynanın müdafiəsini dəstəkləməyə davam edəcək”.

“Rusiyanın ticarət mərkəzində mülki şəxslərə zərbə endirməsi qəddardır. Biz Ukrayna xalqı ilə həmrəyik”, – Bayden sosial şəbəkə hesabında yazıb.

Bundan əlavə, Bayden qeyd edib ki, G7 Rusiyaya qarşı sanksiyaları uzadacaq, xüsusən də bu, “Putinin hərbi sənaye kompleksi”nə aiddir.

Dövlət başçısı həmçinin əmin edib ki, G7 Rusiya mərkəzi bankının valyuta ehtiyatlarına “xəstə iqtisadiyyatı” dəstəkləməyə imkan verməyəcək və “Putini müharibə aparmaq üçün lazım olan resurslardan məhrum edəcək.

Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron tviter səhifəsində Kremençuka hücumu biabırçılıq adlandırıb. “Rusiya tərəfindən Kremençuqdakı ticarət mərkəzinin bombalanması dəhşətdir. Biz həlak olanların ailələrinin ağrısını paylaşırıq. Və belə bir biabırçılığa qəzəbimizi bildiririk”, – o yazıb.

İstinadlar Report