ABŞ Prezidenti Cozef Baydenin səhhətində problemlər yaranıb.

Bayden yaş yarımlıq nəvəsinin ona soyuqdəyməyə yoluxdurduğunu, buna görə də səsinin tutulduğunu bildirib.

“Mən yaxşıyam, hər gün COVID-19 testindən keçirəm. Soyuqdəyməsi olan yaş yarım nəvəm var və o, babasını öpməyi sevir. Bu, sadəcə soyuqdəymədir”, – Amerika lideri jurnalistlərin səhhəti ilə bağlı sualını cavablandırarkən deyib.

İstinadlar Report