ABŞ Prezidenti Cozef Baydenin növbəti koronavirus testinin nəticəsi açıqlanıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ administrasiyasının rəhbərini müalicə edən həkim Kevin O Konnorun bəyanatına görə, Baydenin koronavirus testi növbəti dəfə müsbət çıxıb. ABŞ lideri ciddi özünütəcrid qaydalarına riayət etməyə davam edəcək.

Kevin O Konnor bildirib ki, Prezident özünü çox yaxşı hiss edir.

“Öskürək demək olar, tamamilə yox olub. Hərarət, nəbz, qan təzyiqi, tənəffüsü və saturasiya səviyyəsi normal həddə qalır. Ciyərlər təmizdir”, – O Konnor əminliklə bildirib. Həkim əlavə edib ki, buna baxmayaraq, SARS-CoV-2 virusu üçün test müsbət nəticə göstərib.

“Prezident əvvəllər elan edilmiş ciddi özünütəcrid tədbirlərini həyata keçirməyə davam edəcək”, – açıqlamada deyilir.

İstinadlar Report