ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışıb.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
“Prezident (Bayden – red.) Prezident Zelenski ilə bir neçə dəqiqə əvvəl telefonla danışdı”, – o, brifinqdə deyib. Ağ Evin mətbuat katibi söhbətin təfərrüatlarını daha sonra açıqlayacağını söz verib.