
“Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır”.
Bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.
“Yaz yaxınlaşdıqca Ukrayna qüvvələri tutduqları ərazinin təhlükəsizliyini təmin etməyə çalışır və əlavə əks-hücumlara hazırlaşır. Ərazilərini azad etmək üçün onlar qısa müddət ərzində Rusiya taktikasına və döyüş meydanı strategiyasına qarşı çıxa bilməlidirlər”-deyə, Bayden əlavə edib.
Eyni zamanda Bayden Ukraynaya 31 “Abrams” tankının tədarük ediləcəyini açıqlayıb.