
ABŞ prezidenti Cozef Bayden deyib ki, Ukrayna ABŞ-ın dəstəyinə arxayın ola bilər.
“Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, o, ABŞ-ın dəstəyinə arxayındır. Və onun buna haqqı var”, – Bayden jurnalistlərə deyib.
Xatırladaq ki, ABŞ-ın 2022-ci il dövlət büdcəsi layihəsində Ukraynaya 756 milyon dollar məbləğində yardım nəzərdə tutulub.