ABŞ Türkmənistanla tərəfdaşlığını genişləndirməyə və artırmağa ümid edir.

Bu barədə ABŞ Prezidenti Cozef Bayden türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədova Mərkəzi Asiya ölkəsinin Müstəqillik Günü münasibətilə təbrikində bildirib.

“Biz iqlim böhranını aradan qaldırmaq və metan emissiyalarını azaltmaq üçün birlikdə işləyirik… Gələn il tərəfdaşlığımızı daha da artırılmasına və genişlənməsinə ümid edirəm”, – ABŞ lideri deyib.

Bayden qeyd edib ki, ABŞ və Türkmənistan regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə, o cümlədən terrorizmlə mübarizəyə töhfə verirlər. O, ABŞ xalqı adından Berdiməhəmmədova və türkmən xalqına ən xoş arzularını çatdırıb.

İstinadlar Report