ABŞ Prezidenti Cozef Baydenin tibbi müayinəsinin nəticələri əvvəlkilərdən heç nə ilə fərqlənmir.

Bu barədə dövlət başçısının özü deyib.

“Onlar (müayinənin nəticələri – red.) keçən ildən fərqlənmir”, – Amerika lideri Ağ Evdə jurnalistlərlə görüşü zamanı vurğulayıb.

Daha sonra ABŞ Prezident Administrasiyası bəyan edib ki, dövlət başçısının onun əqli qabiliyyətlərini qiymətləndirməyə ehtiyacı yoxdur.

2023-cü ildə Baydenin terapevti onun vəziyyəti haqqında hesabat təqdim edib. Sənəddə qeyd edilib ki, Amerika lideri sağlamdır və heç bir problem olmadan öz vəzifələrini yerinə yetirə bilir.

İstinadlar Report