ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamı Texasın Uvald şəhərində orta məktəbdə atışma qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkədə və xaricdəki hökumət binalarında bayraqların yarıyadək endirilməsini əmr edib.

“ABŞ bayraqlarının 2022-ci il mayın 28-də gün batana qədər Ağ Evin üzərində, eləcə də bütün dövlət binalarında və ərazilərində endiriməsini əmr edirəm”, – dövlət başçısının sərəncamında deyilir. Bu, bütün səfirliklərə, hərbi bazalara və gəmilərə də aiddir.

Ağ Evdən bildirilib ki, Bayden çərşənbə axşamı Texasda baş verənlərlə bağlı açıqlama verəcək.

ABŞ Prezidenti Co Bayden Uvald şəhərində (Texas) ibtidai məktəbdə baş verən atışma barədə məlumatlandırılıb, həlak olanların və yaralananların ailələrinə başsağlığı verib. Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin sözlərinə görə, çərşənbə axşamı Amerika lideri insidentlə bağlı açıqlama yayacaq.