Vaşinqton və Düşənbə son bir ildə o cümlədən terrorizmlə mübarizə sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirib.

Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Tacikistanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrikdə deyilir.

“Son bir il ərzində Tacikistan və Birləşmiş Ştatlar öz xalqları və beynəlxalq ictimaiyyət üçün daha parlaq gələcək təmin etmək üçün əməkdaşlığı dərinləşdiriblər. Biz birgə terrorizmlə mübarizədə tərəfdaşlığımızı genişləndirmişik, ətraf mühitin məsuliyyətli istifadəsi və mühafizəsi üzrə əməkdaşlıq etmişik və Mərkəzi Asiyada özəl sektor əməkdaşlığını dəstəkləmişik”, – təbrik mətnində bildirilir.

İstinadlar Report