ABŞ Prezidenti Cozef Bayden ölkədə odlu silahların dövriyyəsinə nəzarəti gücləndirmək üçün Konqresin təsdiqlədiyi qanunu imzalayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qanun layihəsi özləri və başqaları üçün təhlükə yaradan şəxslərdən odlu silahların müvəqqəti götürülməsi üçün dövlət qrantları nəzərdə tutur. Bundan əlavə, məişət zorakılığı cinayətlərinə görə məhkum olunmuş şəxslərə azı beş il müddətində odlu silah əldə etməyi qadağan edir. Lakin vətəndaş bu müddətdən sonra heç bir zorakılıq hərəkəti etmədikdə, bu hüquq bərpa edilməlidir.

Qanun, həmçinin 21 yaşdan kiçik odlu silah alıcıları üzərində daha ciddi yoxlamalar üçün dövlət və yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı tələb edir. Lakin qanunun qüvvəyə minməsindən 10 il sonra bu müddəanın öz qüvvəsini itirməsi nəzərdə tutulur.

İstinadlar Report