ABŞ Prezidenti Cozef Bayden sıx qrafik səbəbindən dekabrın 7-də Paris Müqəddəs Məryəm Kilsəsinin açılış mərasimində iştirak edə bilməyəcək, Amerika administrasiyasını birinci xanım Cill Bayden təmsil edəcək.
Bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün müntəzəm brifinqdə bildirib.