ABŞ prezidenti Cozef Bayden keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu 90 illik yubileyi münasibəti ilə təbrik edib.

Bu barədə Qorbaçov Fondunun rəhbəri Pavel Palajçenko bildirib.

“Amerika xalqı adından sizi 90 yaşınızın tamam olması münasibətilə təbrik etmək istəyirəm. Azadlığa sadiq olmağınız, on illərdir vacib, çətin, lazımi və cəsarətli qərarlar qəbul etməyiniz sayəsində dünya daha təhlükəsiz bir yerə çevrilib. Bu, indi də ilham mənbəyi olaraq qalır”, – C.Bayden M.Qorbaçova göndərdiyi təbrik məktubunda yazıb.

İstinadlar Report