ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə zəng etməzdən əvvəl koordinasiya üçün avropalı həmkarları ilə danışacaq.

Bunu ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi jurnalistlərə deyib.

“Sabah prezident Bayden və prezident Putin arasında videozəng formatında görüş olacaq. Bu gün prezident Avropadan olan əsas müttəfiqləri ilə danışıqlar aparacaq”, – ABŞ administrasiyasının rəsmisi bildirib.

Bundan başqa, ABŞ dövlət katibi Entoni Blinken videozəng formatında baş tutacaq görüşdən əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacaq, Bayden isə görüşdən sonra Ukrayna lideri ilə telefon əlaqəsi saxlayacaq.

İstinadlar Report