
ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə danışıqları mümkün hesab edir, ancaq o şərtlə ki, o, Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətindədir.
Bu barədə “Politico”nun jurnalisti Eli Stokols tviterdə yazıb.
“Mən Putinlə danışmağa hazıram, əgər həqiqətən də onda maraq varsa – o, müharibəni bitirmək üçün yol axtarır. Hələlik o, bunu etməyib”, – ABŞ lideri bildirib.
Bayden onu da əlavə edib ki, onun Putinlə danışıqları yalnız NATO müttəfiqlərinin belə bir təşəbbüsü təsdiqlədiyi halda mümkündür.