
ABŞ Prezidenti Cozef Bayden ölkə əhalisinə müraciətində seçki yarışından geri çəkilməsini estafeti gənc nəslə ötürmək niyyəti ilə izah edib.
Bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.
“Ən yaxşısı məşəli gənc nəslə ötürmək idi, mən də buna qərar verdim. Bu, ölkəni birləşdirməyin ən yaxşı yoludur”, – Baydenin müraciətində deyilir.