ABŞ prezidenti Cozef Bayden bu gün koronavirus pandemiyasına qarşı mübarizə üzrə 10 fərman imzalayacaq.

Yanvarın 20-də prezident kimi rəsmən fəaliyyətə başlayan Bayden ölkədə virusa yoluxanların və ölənlərin sayının getdikcə artdığını nəzərə alaraq, pandemiya ilə mübarizəni administrasiyasının yaxın gələcək üçün ən vacib prioriteti elan edib. Prezident, yaxın ətrafının dediyinə görə, hökumətin fəaliyyətinin effektivliyini nümayiş etdirmək və bununla da problemə münasibətinin Ağ Evdəki sələfi Donald Trampdan fərqləndiyini vurğulamaq niyyətindədir.