“Texas sinaqoqunda insanları girov götürən britaniyalı silahı küçədə ala bilər və ilkin narahatlığın əksinə olaraq onun üzərində heç bir partlayıcı qurğu yox idi.

Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Hadisə ilə bağlı məndə bütün faktlar yoxdur və baş prokurorda (ABŞ-ın baş prokuroru Merrik Qarland) da yoxdur. Amma ehtimal edilir ki, o, silahı küçədə, təyyarədən yerə enəndə alıb. Görünür, onun bombaları yox idi. Biz bunu bilirik, hərçənd o, bombalarının olduğunu demişdi”, – Bayden jurnalistlərə bildirib.

İstinadlar Report