ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamı Nyu-York ştatına Buffaloya, atışma nəticəsində 10 nəfərin həlak olduğu supermarketə səfər gedəcək.

Bu barədə Ağ Evdən məlumat verilib.

“Prezident və birinci xanım mayın 17-də, çərşənbə axşamı Buffaloya səfər edəcəklər”, – Ağ Evin mətbuat xidməti bildirib.

Qeyd edək ki, ABŞ rəhbəri tviter hesabında özünün və xanımının silahlı insident nəticəsində insanların həlak olmalarından kədərləndiyini yazıb.

Daha əvvəl xəbər verilib ki, supermarketdə atəş açmaqda şübhəli bilinən 18 yaşlı amerikalı saxlanılıb.Insident zamanı 10 nəfər ölüb, daha 3 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

İstinadlar Report