
ABŞ prezidenti Cozef Bayden seçki kampaniyası zamanı İtaliya və Fransanı səhv salıb.
ABŞ lideri dünya müharibələrində öldürülən əsgərlər üçün Fransa qəbiristanlığına toxunaraq bildirib: “O (keçmiş prezident Donald Tramp – Qeyd) İtaliyadakı qəbiristanlığa getməzdi”.
Qeyd edək ki, 81 yaşı olan Bayden ictimai çıxışlarında tez-tez ölkələri və adları səhv salır.