İsrail və Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs razılaşması planı üzrə razılığa gəliblər, lakin təfərrüatlar hələ də işlənib hazırlanmalıdır.

Bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Altı həftə əvvəl mən BMT Təhlükəsizlik Şurası və Yeddilik Qrupu tərəfindən təsdiqlənən müfəssəl plan hazırladım. Bu plan İsrail və HƏMAS-la razılaşdırılıb, təfərrüatları işləmək üçün bölgəyə nümayəndələr göndərdim”, – Bayden bildirib.

O, həmçinin qeyd edib ki, razılaşmada hələ də boşluqlar var, lakin ümumilikdə müsbər tendensiya müşahidə olunur.

İstinadlar Report