ABŞ Prezidenti Cozef Bayden İraqın Baş naziri Mustafa Əl-Kazimi ilə Bağdadda vəziyyətin gərginləşməsini müzakirə edib və ona münaqişənin gərginləşməsinin qarşısının alınmasında kömək təklif edib.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Prezident və Baş nazir küçələrdə asayişin bərpasını alqışlayıb və İraqdakı bütün qüvvələrin rəhbərlərini milli dialoqa çağırıb”, – məlumatda vurğulanır.

Mətbuat xidmətindən qeyd edilib ki, söhbət zamanı Bayden əl-Kazıminin rəhbərliyini və münaqişənin gərginləşməsi zamanı İraq təhlükəsizlik qüvvələrinin hərəkətlərini yüksək qiymətləndirib, həmçinin toqquşmalarda həlak olanların ailələrinə başsağlığı verib.

İstinadlar Report