
ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü ikinci müddətə dövlət başçısı olmaq üçün namizədliyini irəli sürəcəyini bildirsə də, hələlik “qəti qərar” vermədiyini açıqlayıb.
Bu barədə ABŞ lideri “PBS NewsHour”a müsahibəsində deyib.
“Hələlik bu qərarı verməmişəm. Bu mənim niyyətimdir. Düşünürəm, ancaq hələlik bu qərarı qəti verməmişəm”, – dövlət başçısı vurğulayıb.