Üç noyabrda ABŞ-da keçirilən prezident seçkilərində qalib olan Co Bayden administrasiya heyətini açıqlayıb.

Bayden mətbuat konfransında bildirib ki, Evril Heyns Milli Təhlükəsizlik Mərkəzinin (CİA) rəhbəri, Aleksandr Mayorkas Amerika Daxili Təhlükəsizlik Mərkəzinin (DHS) rəhbəri, Ceyk Sallivan Milli təhlükəsizlik məsləhətçisi, Barak Obamanın dövründə xarici işlər naziri olmuş Con Kerri ətraf mühit nümayəndəsi, Entoni Blinken isə Dövlət katibi olacaq.

Bayden həmçinin qeyd edib ki, Mayorkas bu vəzifədə olacaq ilk miqrantdır və Latın Amerikasındandır.