ABŞ Prezidenti Cozef Bayden Almaniyanın Bavariya əyalətindəki Elmau sarayında keçirilən G7-nin (Böyük Yeddilik-red) liderlər sammitindən sonra təşkil olunan birgə mətbuat konfransında “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı” planını açıqlayıb.

Bayden G7-nin inkişaf etməkdə olan ölkələrdə davamlı infrastrukturu təmin etmək üçün maliyyə yardımlarını artıracağını bildirib. Ağ Ev rəhbəri ABŞ-ın 5 il ərzində “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı” proqramına 200 milyard dollar töhfə verəcəyini açıqlayıb.

Bayden, tərəfdaşlığın bir hissəsi olaraq, ABŞ və G7 tərəfdaşlarının COVID-19 və digər peyvəndlər istehsal etmək üçün Seneqalda yeni sənaye miqyaslı peyvənd istehsalı müəssisəsinə sərmayə qoyduqlarını söyləyib.

İstinadlar Report