ABŞ prezidenti Cozef Bayden afroamerikalı Corc Floydun ailəsinə zəng vurub. ABŞ rəhbəri afroamerikalının ölümü haqqında iş üzrə ittiham hökmünü ədalətli və əhəmiyyətli adlandırıb.Tərəflərin söhbətini Floyd ailəsinin vəkili Ben Kramp tvitterdə paylaşıb.

“Bütün bunları heç nə tamamilə düzəldə bilməz, amma bu heç olmasa hansısa bir ədalətdir”, – Amerika lideri hökm haqqında danışarkən deyib. “Bu çox əhəmiyyətlidir”, – o əlavə edib. Bayden ölkədə polisin işinin islah edilməsi haqqında da danışıb. “Biz hələ çox şey etməliyik, biz çox şey edəcəyik”.

Daha əvvəl Minneapolisdə (Minnesota ştatı) məhkəmə icraçıları Corc Floydun qətlində ittiham olunan sabiq polis əməkdaşı Derek Şovini təqsirkar bilib.

İstinadlar Report