ABŞ Prezidenti Cozef Bayden bu gün Avropa liderləri ilə videozəng edəcək və Ukrayna ilə bağlı davam edən böhranı müzakirə edəcək.

Bu barədə Ağ Evin dövlət başçısının açıqladığı iş qrafikində bildirilir.

Məlumata görə, Vaşinqton vaxtı ilə saat 15.00-da (Bakı vaxtı ilə saat 00.00) Ağ Evin sahibi Rusiyanın Ukrayna sərhədlərinə yaxın hərbi birləşməsinə cavab olaraq, məsləhətləşmələr çərçivəsində Avropa ölkələrinin liderləri ilə təhlükəsiz video zəng edəcək.

İstinadlar Report