
Cozef Baydenin rəhbərlik etdiyi ABŞ administrasiyası Rusiyanın enerji sənayesinə qarşı sanksiyaların tətbiqi ilə bağlı yeni seçilmiş prezident Donald Trampın komandası ilə koordinasiya etməyib.
Bu barədə Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə bildirib:
“Onlarla razılaşdığımızı demirəm, amma nə etmək niyyətində olduğumuz barədə onlara məlumat verdik. Çünki biz keçid dövründə şəffaflığı qorumağa və atacağımız addımlar barədə məlumatı əvvəlcədən onlarla paylaşmağa çalışırıq”, – deyə o bildirib
O, həmçinin yeni sanksiyalar paketinin dünya bazarında neftin qiymətində ciddi artıma səbəb olmayacağı ilə bağlı fikirlərini bildirib: