Bayden administrasiyası ölkədə ictimai təhlükəsizliyi təmin etmək üçün 10 milyard dollar ayıracaq.

Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Bəyanata görə, vəsait 2021-ci ilin iyununda təsdiq edilmiş ölkədə cinayətkarlıqla mübarizə strategiyasına uyğun olaraq ayrılır. Onlar ölkə prezidentinin qətiyyətli addım atmaq çağırışına cavab verən ştat administrasiyalarının və yerli hakimiyyət orqanlarının ehtiyaclarına istiqamətlənəcək.

Təsdiq olunmuş tədbirlərə polisin saxlanması üçün xərclərin artırılması, yeni iş yerlərinin açılması və cinayətlərin qarşısının alınmasına kömək edəcək təhsil və iqtisadi proqramların genişləndirilməsi daxildir.

İstinadlar Report