
ABŞ Prezidenti Cozef Bayden Kanada parlamentindəki çıxışı zamanı bu ölkə ilə birgə aerokosmik müdafiə sisteminin modernləşdirilməsini elan edib (Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı – NORAD).
Bayden qeyd edib ki, NORAD tezliklə erkən xəbərdarlıq imkanlarını genişləndirməyə kömək edəcək yeni radarlar alacaq.
2023-cü ildə iki ölkənin aerokosmik müdafiə sisteminin bir hissəsi kimi müşahidə infrastrukturu da təkmilləşdiriləcək.