
ABŞ Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya yeni sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.
Bu barədə ABŞ Prezidenti Cozef Baydenin sözlərinindən Ağ Evin press-pulunun jurnalistləri sitat gətirib.
“Biz artıq sanksiyalar tətbiq etmişik, lakin, bəli, biz əlavə sanksiya imkanlarını nəzərdən keçiririk”, – Bayden bununla bağlı suala cavab verib.
O həmçinin Navalnının ölümünün Konqresin Nümayəndələr Palatasında Ukraynaya dəstək üçün əlavə maliyyə ayrılmasına dair qanun layihəsinin təsdiqlənməsi perspektivlərinə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb: