ABŞ Prezidenti Cozef Bayden dünya çempionatında Birləşmiş Ştatlar millisini İran komandası üzərində qələbəsindən xəbər tutaraq, futbolçuları təbrik etmək üçün səhnəyə qayıdıb.

Bunu Bayden Miçiqandakı çıxışından sonra deyib.

“ABŞ (hesabda-red) birdir, İran sıfırdır! Oyun bitdi”, – bundan əvvəl iqtisadi mövzularda çıxış edən Bayden sevinclə deyib.

“ABŞ! ABŞ! Bu, ən vacib matçdır, dostlar”, – o deyib. “Onlar (amerikalı futbolçular və onların məşqçisi – red.) bunu etdilər, Allah onları qorusun! Ümumiyyətlə, mən sadəcə fikirləşdim ki, sizə maraqlı olacaq”, – Prezident tamaşaçıların sevincli nidalarına əlavə edib.

ABŞ yığması Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda olub. Amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb.

Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.