
ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır.
Bunu ABŞ Prezidenti Cozef Bayden bildirib.
O, ölkəsinin Bratislavadakı səfirliyinin Slovakiya hökuməti ilə sıx əlaqə saxladığını və Baş nazir Robert Fitsoya sui-qəsd cəhdi ilə bağlı yardım göstərməyə hazır olduqlarını qeyd edib.