
Rusiyanın Başqırdıstan Respublikasının Jeleznodorojnı kəndində baş vermiş yanğında bir ailənin dörd üzvü ölüb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlər ana, onun iki yaşlı qızı, bir yaşlı oğlunun və babanın meyitini çıxarıblar.
Yanğın bütün yaşayış evini, həmçinin hamamı və iki avtomobili əhatə edib. FHN qeyd edib ki, binada yanğının başlandığını bildirəcək yanğın detektoru olmayıb.