Mayın 14-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında keçirilən basketbol idman növü üzrə turnirə yekun vurulub. 

Turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib.

III yer uğrunda mübarizədə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandası Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandasına qalib gəlib. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandası Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandasını məğlub edərək turnirin qalibi olub.

Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. I, II, III yerlərin qaliblərinə medal, hədiyyələr, çempion komandaya isə kubok təqdim edilib.

Tədbirdə Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, eləcə də Azərbaycan Basketbol Federasiyasının rəsmi şəxsləri və peşəkar basketbolçular iştirak ediblər.






İstinadlar Qafqazinfo